Dünya Özəl

Talibandan qadınlara daha bir QADAĞA

Talibandan qadınlara daha bir QADAĞA

Taliban Əfqanıstanda nəzarəti ələ keçirdikdən sonra qadınların həyatı ilə bağlı bir sıra qadağalar tətbiq edilib.

Demokrat.az xəbər verir ki, bununla bağlı "BBC" ölkənin müxtəlif yerlərindəki qadınlarla mesajlar vasitəsilə danışıb.

Bildirilir ki, ölkə əhalisinin yarısı kəskin aclıq, sıfırın altındakı hava şəraiti, elektrik enerjisinin kəsilməsi və pisləşən iqtisadiyyatla mübarizə aparır.

Ölkədə həyat demək olar ki, hər kəs üçün çətindir, lakin administrasiyanın tətbiq etdiyi qaydalar xüsusi olaraq qadınların təhsil və sosiallaşma kimi əsas azadlıqlarına yönəlib.

Qeyd etmək lazımdır ki, artıq 18 aydır ki, Taliban Əfqanıstanda nəzarəti ələ keçirib və ölkə ciddi problemlərlə üzləşib.

Talibanın yeni qərarına görə, Əfqanıstanda qadınlar tam şəkildə qapalı geyimdə olmalıdırlar. Bu qərar isə qadınların rahat nəfəs almasını çətinləşdirib.

Aysu Demokrat.az

D
demokrat.az