Türkiyənin Bursa şəhərində futbol matçında baş verən insidentlə bağlı 7 nəfər polis tərəfindən saxlanılıb.
Demokrat.az xəbər verir ki, bununla bağlı Türkiyə mediası xəbər yayıb.
Məlumata görə, saxlanılanlardan 3-ü özəl mühafizəçidir. Bundan başqa, məsələ ilə bağlı 3 dövlət qulluqçusu vəzifələrindən kənarlaşdırılıb.
Qeyd edək ki, Türkiyə Futbol Federasiyasının 2-ci Liqa matçından bir gün əvvəl, oyun zamanı və oyundan sonra dava baş verib. Dava zamanı ciddi xəsarət alanlar var.
Aysu Demokrat.az


