Daxili siyasət Özəl

“Bəzi qüvvələr DTX-nin fəaliyyətinə kölgə salmağa çalışır” — Qulu Məhərrəmli

“Bəzi qüvvələr DTX-nin fəaliyyətinə kölgə salmağa çalışır” — Qulu Məhərrəmli

“Xaricdə fəaliyyət göstərən sosial şəbəkə"qəhrəmanları"nın Azərbaycana, onun dövlət qurumlarına, ayrı-ayrı nüfuzlu şəxslərə hücum etməsi birinci hal deyil. Əgər dövlətin əsas strukturlarından birinə hücumlar olursa, demək bəzi qüvvələr DTX-nin fəaliyyətinə kölgə salmağa çalışır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında BDU-nun professoru Qulu Məhərrəmli deyib.

O vurğulayıb ki, Dövlət Təhlükəsizliyi Xidməti Azərbaycan cəmiyyətinin, Azərbaycan dövlətinin əsas təhlükəsizlik strukturudur:

“Həm milli maraqları, həm dövlət maraqlarını qoruyan, xarici təhlükənin qarşısını alan Dövlət Təhlükəsizliyi Xidmətidir. Bu yeganə qurumlardandır ki, onun fəaliyyəti cəmiyyətdə çox ciddi rəğbət doğurur. Bu quruma Əli Nağıyev rəhbərliyə başlayandan sonra hamı onu peşəkar, öz işini bilən, orada peşəkar bir mütəxəssis kimi, həm də oranı idarə edən bir struktur rəhbəri kimi və özü də bir şəxsiyyət kimi cəmiyyətdə çox müsbət şəxs kimi qarşılanır. Müxtəlif rayonlarda hər kəsə bəllidir ki, rüşvət faktlarının qarşısı alınıb. İcra başçılarının, nazirlərin, nazir müavinlərin, ayrı-ayrı məmurların, rüşvətxorların tutulması üzrə DTX-nin apardığı əməliyyatlar cəmiyyətdə birmənalı şəkildə rəğbət doğurub. İndi hətta az qala zəruri məsələyə çevrilib ki, "qara maskalılar filan məmuru, icra başçısını, yüksək vəzifəli şəxsi nə vaxt həbs edəcək?". Yəni, cəmiyyətdə onlara müəyyən bir inam var. Ona görə də, kampaniya olaraq DTX-ya qarşı mübarizə aparmaq inamı qırmağa, insanların ümidini heçə çıxartmağa xidmət edir. Buna keçici bir hal kimi baxıram. Hesab edirəm ki, insanlar indi ağ və qaranı seçə bilir. Yəni, uzun illər, xüsusən Eldar Mahmudovun vaxtında az qala kommersiya təşkilatına çevrilmiş bir qurum həqiqətən də, Azərbaycan cəmiyyətinin milli maraqlarını, dövlətin mənafeyini qorumaq üçün ciddi səy göstərir. Ona görə aparılan "mübarizə" düşünmürəm ki, hansısa bir effekt verə bilər və bu, mümkünsüzdür. DTX öz işini bilən, mürəkkəb, çətin bir şəraitdə, bir tərəfdən xarici təhlükə, o biri tərəfdən daxildən müxtəlif casus şəbəkəsinin ifşası, rüşvətxorluq və s. bunların hamsına qarşı sipər olan bir qurumdur. Hesab edirəm ki, bu qurumun əməkdaşları bu cür təbliğatlara ciddi əhəmiyyət verməməlidir".

Aynurə Demokrat.az

D
demokrat.az