İdman

Futzal Federasiyasının prezidenti: "Narazılığımı komandaya bildirəcəyəm"

Futzal Federasiyasının prezidenti: Narazılığımı komandaya bildirəcəyəm

"Arxayınlıq hiss olunurdu. Narazılığımı komandaya bildirəcəyəm".

Demokrat.az xəbər verir ki, bunu "Report"a müsahibəsində Azərbaycan Futzal Federasiyasının prezidenti Zaur Axundov milinin DÇ-2024-ün əsas mərhələsində Yunanıstanı 5:2 hesabı ilə məğlub etməsi barədə danışarkən deyib.

50 yaşlı funksioner nəticəyə görə sevindiklərini bildirib: "Amma hələ mübarizə irəlidədir. Elit-raunda hazırlaşacağıq. Görüləsi işlər çoxdur. Millinin çıxışından tam razı qalmadım. Həm futbolda, həm də futzalda arxayınlıq olmaz. Amma bu görüşdə oldu. Bu səbəbdən komanda ilə söhbət edəcəyik".

D
demokrat.az