Hadisə

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü

Vətən müharibəsi iştirakçısı faciəvi şəkildə öldü

Gəncədə ölümlə nəticələnən yol qəzası baş verib.

DİN-in Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru polis kapitanı Eşqin Qasımov Demokrat.az-a bildirib ki, Samux rayon sakini Xəyal Yolçuyev idarə etdiyi “VAZ 2107” markalı avtomobillə yolu keçmək istəyən piyada, 2002-ci il təvəllüdlü Şəhriyar Məmmədovu vurub. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Qeyd edək ki, Ş.Məmmədov Vətən Müharibəsi iştirakçısı olub.

D
demokrat.az