"Son vaxtlar bir sıra yeni layihələr üzərində çalışırıq. Sonradan ödənişli sayğacların göstəricilərinin fiziki olaraq oxunmasının həyata keçirilməsini onlayn formaya çevirmək istəyirik".
Demokrat.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB-nin Abonent bazasına xidmət şöbəsinin rəis müavini Vüqar Səmədov media və QHT nümayəndələri üçün təşkil olunan "Açıq Qapı" aksiyası zamanı məlumat verib.
Onun sözlərinə görə, sayğacların şəkillərinin çəkilməsi ilə süni intellekt vasitəsilə sayğacın şəkili çəkildikdən sonra birbaşa abonentin hesabına həmin göstəricilərinin ötürülməsinə nail olunub.
"Bunu ilk olaraq Bakıda tətbiq etməyə başlamışıq. Bu, artıq yenilikdir. Mobil cihazlar vasitəsilə sayğacın şəkli çəkiləcək. Bununla da, sayğacın şəkli avtomatik olaraq abonentlərin uçot sisteminə ötürüləcək. Bu yeniliyi etməyimizdə məqsəd, ödənişlər zamanı yanlışlıqların olmasını minimuma etdirməkdir".
Aysun Demokrat.az


