Yaponiya Coğrafi Məlumat Agentliyinin (GSI) ölkədə daha çox ada olduğunu üzə çıxarıb.
Demokrat.az BBC-yə istinadən xəbər verir ki, 1987-ci ildə Yaponiya Sahil Mühafizəsi qrupları tərəfindən edilən siyahıyaalmada, ölkənin sahib olduğu adaların sayı 6.852 olaraq açıqlanıb.
Lakin son hesablamada bu rəqəm 14 125 olub.
GSI bu fərqi rəqəmsal xəritəçəkmə texnologiyasında əldə edilən irəliləyişlə izah edir.
Yeri gəlmişkən, Coğrafi Məlumatlar Departamenti adaların sayının artmasına baxmayaraq, Yaponiyanın səthinin artmadığını və ərazi sularının sərhədlərinin dəyişmədiyini açıqlayıb.
Aysun Demokrat.az


