Hindistanda keçirilən G20 xarici işlər nazirlərinin görüşü Ukraynadakı müharibə ilə bağlı ABŞ və Rusiya arasında baş verən mübahisələrlə yadda qalıb.
Demokrat.az xəbər verir ki, ABŞ dövlət katibi Antoni Blinken rusiyalı həmkarı Sergey Lavrovla bir il sonra qısa da olsa ilk dəfə görüşüb.
Məlumata görə, görüş zamanı Blinken Lavrova bildirib ki, müharibə nə qədər davam edərsə, ABŞ Ukraynanı dəstəkləyəcək.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmisi görüşün cəmi 10 dəqiqə davam etdiyini bildirib.
Aysun Demokrat.az


