"Həmişə Rusiyanın təsir imkanları Qarabağ məsələsi ilə bağlı idi. Artıq Azərbaycanın Rusiyadan asılılığı yoxdur".
Bunu Demokrat.az-a Rusiya Xarici İşlər naziri Sergey Lavrovun Bakıya səfərini şərh edən tanınmış politoloq Zərdüşt Əlizadə deyib. Politoloq bildirib ki, Lavrovun Bakıya səfəri bir çox kontekstdən mühümdür:
"Bu yaxınlarda Brüsseldə Şarl Mişelin rəhbərliyi ilə yenidən üçtərəfli görüş olacaq. Lavrov, İlham Əliyevlə görüşündə Putindən "atəşli salamlar" çatdırdı. Bununla da, Putinin bu görüşə çox qısqanclıqla yanaşdığı görünür.
Yəni, bu o deməkdir ki, Brüsseldə razılaşma əldə etsəniz, heç vaxt Rusiyanın maraqlarını unutmayın. Onların "qarın ağrısı" odur ki, Brüsseldə Rusiyanın maraqları nəzərə alınsın. Rusiya imkan vermək istəmir ki, münaqişənin həllində Qərbin aktivliyi görünsün".
Aynurə Demokrat.az


