Sosial Özəl

Kitab ƏDV-dən azad edildi, amma qiyməti ucuzlaşmadı — SƏBƏB

Kitab ƏDV-dən azad edildi, amma qiyməti ucuzlaşmadı — SƏBƏB

Prezident çap məhsullarının əlavə dəyər vergisindən azad edilməsi ilə bağlı müvafiq fərmanından sonra kitabın qiymətində artım müşahidə olunmamalı idi. Çünki fərmanla kitabın qiyməti 18 faiz azalır, həmçinin kağızdan daƏDVgötürülürdü. Belə olan halda, kitablar ucuz başa gəlməli və kitab bazarında oxucuların sayının artacağı gözlənilən idi. Lakin bu, baş vermədi, əksinə indi kitabların qiyməti daha bahadır.

Məsələ ilə bağlı “Qanun” nəşriyyatının direktoru, naşir Şahbaz Xuduoğlu Demokrat.az-a açıqlamasında kitabların qiymətində artımının olduğunu təsdiqləyib:

Kitab ƏDV-dən azad edildi, amma qiyməti ucuzlaşmadı — SƏBƏB
“Doğurdan da, kitab bazarında qiymət ucuzlaşmadı, əksinə bahalaşdı. Çünki beynəlxalq bazarda kağızın qiyməti artdı. Təqribən birdən-birə 70 faiz artım oldu, sonra tədricən bir az aşağı endi. Hazırda isə kağızın qiyməti ƏDV ləğv olunmamış vaxtlara nisbətən 45-50 faiz artıqdır. Ona görə də, istər-istəməz kitabın ucuzlaşması baş vermədi. Ümumiyyətlə, 7-10 faizə qədər ümumi qiymət artımı müşahidə olunur.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov isə deyir ki, dövlət tərəfindən kağıza və kitaba kifayət qədər güzəşt edildi:

Kitab ƏDV-dən azad edildi, amma qiyməti ucuzlaşmadı — SƏBƏB
“Dövlət başçısının təqdimatına əsasən biz Milli Məclisdə qərar qəbul etdik və çap məhsulları ƏDV-dən azad edildi. Bu qərara əsasən, qiymətlərdə ciddi dəyişikliklər olmalı idi.

Təbii ki, burada 18 faizdən söhbət gedir və kifayət qədər də dəyişikliklərin olması gözlənilən idi. İndi bu sahədə dəyişikliklərin olub-olmaması ilə bağlı bir söz deyə bilmərəm. Düzü, qiymətlərdən bir o qədər xəbərim yoxdur. Kitab alıb oxuyuram, amma rastlaşmamışam ki, bu məsələ icra olunmur. Çünki Kitabsevərlər cəmiyyəti ilə əlaqəm yoxdur. Amma qanun varsa, icra olunmalıdır”.

Aynurə Demokrat.az

D
demokrat.az