Cinayətkar dəstənin lideri kimi saxlanılan Adnan Oktarın İstanbul Çengelköydəki lüks villası satışa çıxarılıb.
Demokrat.az xəbər verir ki, bu haqda “Sabah” qəzetinin köşə yazarı Dilek Güngör məqaləsində qeyd edib.
Jurnalist 3 milyon dollara satışa çıxarılan villanı kimin aldığını açıqlayıb:
"Öyrəndim ki, Abramoviç Anadolu səmtinin Çəngəlköy ərazisində boğaza baxan bir villa alır. Kimin villası deyərsəniz... Bilirəm çox təəccüblənəcəksiniz. Bildiyimə görə, böyük ərazidir. Oktar dəstəsinə qarşı əməliyyatlar aparılanda fotoları gündəmə gəlmişdi. Meşəliyin içində olduqca böyük bir ərazidə yerləşir. Qiymətini bilmirəm. Mən təkid etdim demədilər, amma keçənilki qiymətdən çox baha qiymətə razılaşdırıqlarına əminəm."
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsi başladıqdan sonra İngiltərədən Türkiyəyə gələn rus milyarder Roman Abramoviçin Anadolu yaxasında lüks bir villa aldığı tez tez gündəmə gətirilib. 














