Spartanın Yalvaç rayonunda 3 il əvvəl baş verən yanğında, Altınbaş ailəsinin üzvləri Tuğçe və Farukun və Xanımın zəhərlənərək ölməsi məhkəməyə səbəb olmuşdu. Səhlənkarlığa görə bələdiyyəyə təzminat iddiası qaldırılmışdı.
Demokrat.az xəbər verir ki, məhkəmə Yalvaç Bələdiyyəsinin səhlənkarlığını əsas gətirərək, ailəyə təzminat ödəməsinə qərar verib.
Yalvaç Bələdiyyəsi Yanğından Mühafizə İdarəsinin müdiri Əhməd Murtaza Aksu, yanğınsöndürmə rəisi Üstün Erdoğdu, yanğınsöndürən çavuş Həsən Gündoğan və sıravi əsgərlər Cengiz Selver Ərtoğrul, Hulusi Uyar, Nur Çoban və Yılmaz Mandalın hadisə ilə bağlı səhlənkarlıqlarına görə istintaqa başlanması tələb olunub.
Lakin yanğınsöndürənlərin araşdırma icazəsinə etirazları səbəbindən 2 ildən çox müddətə ittiham aktı hazırlanmayıb.
Qeyd edək ki, faizlər hadisənin baş verdiyi 7 fevral 2020-ci il tarixinə müəyyən edilmiş məbləğlə hesablanacaq.
Aysun Demokrat.az


