Gündəm Özəl

"Zəngəzur dəhlizi hər üç tərəfə lazımdır"

Zəngəzur dəhlizi hər üç tərəfə lazımdır

"Zəngəzur dəhlizinin açılması həm Azərbaycana, həm Türkiyəyə, həm də Rusiyaya lazımdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq qeyd edib ki, bu istiqamətdə fəal şəkildə danışıqlar aparılır:

"Təbii ki, bu haqda Ermənistan Rusiya ilə müzakirə aparır. Sadəcə olaraq, Ermənistan addım atmalıdır, lakin əngəllər yaratdığının şahidi oluruq. Amma bu, o demək deyil ki, Ermənistan bu dinamikada iştirak etmir. Ümumiyyətlə, burada Rusiyanın öz maraqları var və yeni kommunikasiyaların açılmasına çox böyük ehtiyacı var. Bu kommunikasiyalar Rusiyaya Yaxın Şərq və Aralıq dənizinə çıxış üçün imkanlar yaradacaq. Rusiya Qərbə və ABŞ-a göstərmək istəyir ki, onun təşəbbüsü və iştirakı ilə əldə edilmiş razılaşmalar fayda verir. Rusiya bunu istəyir.

Görünür, Ermənistana edilən təzyiqlər kifayət etmir və ona görə də, hazırda məsələlərin hansı formada həll edilə biləcəyi ilə bağlı məsləhətləşmələr gedir".

Nəzrin Demokrat.az

NE
Nihadə Eyyubova