"Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov öz postuna uyğun cavab verməli idi".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Ağ Partiya sədri Tural Abbaslı deyib. Partiya sədri vurğulayıb ki, jurnalistlər adətən cəmiyyət adına danışır və cəmiyyət adına çıxış edir:
"Məmurun cavabı əslində jurnalistə yox, onun təmsil etdiyi media quruluşuna, ictimaiyyətə nəzərdə tutulur. O baxımdan da təbii ki, məmur gərək dövlət ərkanını qoruya, leksikonuna, ritorikasına fikir verə. Yəni, məhəllə uşağı ritorikasında "sənə nə dəxli var?". Gözlədim bir az da qabağa getsəydi, yəqin deyəcəkdi ki, "gəl, bir tində sənlə söhbətim var". Bu, məmur anlayışına uyğun hərəkətlər deyil. Tutaq ki, jurnalist kobudluq eləsə, belə ona çox səliqəli şəkildə cavab vermək olar, yaxud da hüquq-mühafizə orqanları var. Jurnalistin işlədiyi media quruluşu var. Ora hansısa formada etirazını bildirə bilər. Fikirləşin, bu adam Şuşa şəhər İcra Hakimiyyətinin başçısıdır, sabah hansısa beynəlxalq tədbirlərdə iştirak edir. Hamımız bilirik ki, Azərbaycan nümayəndələrinə beynəlxalq tədbirlərdə adətən ermənilər və ermənipərəst digər jurnalistlər provokasiyaya çəkirlər. Onda onlar neynəyəcək? Təhqir edəcək, döyəcək, söyəcək? Ümumiyyətlə, əvvəldən demişəm bu adamın məmura heç bir aidiyyatı yoxdur. Bunu niyə saxlayırlar? Onu da başa düşə bilmirəm. Bu yaşlı-başlı adamdır, göndərmək lazımdır. Artıq getsin, nəvələri və nəticələri ilə oynasın. Müasir dünyanın tələblərinə cavab verən, yeni və cavan kadrların cəlb olunmasını daha məqsədəuyğun olduğunu düşünürəm".
Nəzrin Demokrat.az


