Region Özəl

Bingöldə ola biləcək zəlzələ ilə bağlı qurumlar hərəkətə keçdi

Bingöldə ola biləcək zəlzələ ilə bağlı qurumlar hərəkətə keçdi

Türkiyədə zəlzələ xəbərdarlığından sonra mütəxəssislər Bingöldə yoxlamalar aparıb. Ehtimal zəlzələ nəticəsində Tunceli, Ərzincan, Ərzurum , Muş, Diyarbəkir, Elazığ və Bitlis kimi ərazilərin təbii fəlakətdən zərər çəkəcəyi bildirilib.

Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə Mühəndis və Memarlar Birliyi Bingöl Şöbəsinin rəhbəri Emre Bulşu qeyd edib ki, şəhərdə 361 tikili araşdırılıb. Nəticədə 165 binanın ağır vəziyyətdə olduğu, hətta 3-nün dağıdıldığı müəyyənləşib.

Bundan əlavə, Bingöl Bələdiyyə Başçısı Erdal Arıkan, fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən sonra 70 nəfərlik texniki heyətlə işə başladıqlarını, şəhər mərkəzi və rayonlarda hərtərəfli araşdırma aparıldığını bildirib.

Yeni tədbirlərin görülməli olduğundan danışan bələdiyyə başçısı, zəlzələlərlə bağlı ciddi xəbərdarlıqlar edildiyini vurğulayıb.

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova