Kriminal Özəl

Azərbaycanda DƏHŞƏT : kişi hamilə arvadını öldürdü, azyaşlı qızına xəsarət yetirdi

Azərbaycanda DƏHŞƏT : kişi hamilə arvadını öldürdü, azyaşlı qızına xəsarət yetirdi

Abşeron rayonunda arvadını və qızını öldürməyə cəhd edən 1994-cü il təvəllüdlü Vüqar Nəmətovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

İş araşdırılması üçün hakim Hafiz Əliyevin icraatına verilib.

Məhkəmənin hazırlıq iclası martın 10-na təyin olunub.

İttihama görə, ötən ilin oktyabrın 22-nə keçən gecə Abşeron rayonu, Saray qəsəbəsində Vüqar Nemətov həyat yoldaşı, 1995-ci il təvəllüdlü Səidə Nəmətovanı qətlə yetirib, daha sonra 7 yaşlı qızına da ağır xəsarət yetirib.

Vüqar Nəmətov hadisə vaxtı dəmir boru ilə həyat yoldaşı ilə birgə 2015-ci il təvəllüdlü qızını da amansızlıqla döyüb.

Qızını qorumağa çalışan, hamilə vəziyyətində olan Səidə Nəmətova aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Onun 7 yaşlı qızı Gülər isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Azyaşlıya tibbi yardım göstərildiyindən həyatını xilas etmək mümkün olub.

İstintaq orqanı tərəfindən Vüqar Nəmətovun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 120.2.8-ci (təqsirkar şəxs üçün aşkar surətdə hamilə vəziyyətində olan qadını öldürmə) maddələri ilə ittiham elan edilib.

Fariz Məlikli Demokrat.az

D
demokrat.az