Region Özəl

Türkiyədə konteyner evlərə elektron müraciətlər başladı

Türkiyədə konteyner evlərə elektron müraciətlər başladı

Türkiyədə qeydə alınan zəlzələlərdən sonra AFAD evləri ziyan görən fəlakət qurbanlarına konteyner evlər üçün müraciətlərin elektron formada başladığını açıqlayıb.

Demokrat.az bu barədə “Habertürk”ə istinadən xəbər verir

Məlumata görə, fəlakət qurbanları elektron formada AFAD-a öz müraciətini bildirməlidir.

Vətəndaşlar onlayn ərizə formasını doldurmalı, yaşayış ünvanı, zədələnmiş evin vəziyyəti kimi məlumatları əlavə ətməlidir.

Konteyner ev yardımı istəyən şəxslər, 15 min türk lirəsi kimi verilən maddi dəstəkdən yararlana bilməzlər.

Xatırladaq ki, Türkiyədə baş verən təbii fəlakətdən sonra bir çox insan bölgədə qurulan çadırlara yerləşdirilib.

Aysun Demokrat.az

D
demokrat.az