Region Özəl

“Biz nə desək, o da olmalıdır!” — Partiya sədrindən SƏRT AÇIQLAMA

“Biz nə desək, o da olmalıdır!” — Partiya sədrindən SƏRT AÇIQLAMA

“Ruben Vardanyanın “istefa”ya gedəcəyi, onun yerinə Qurgen Nersisyan gələcəyi heç nəyi dəyişməyəcək”.

Bu fikirləri Demokrat.az-a açıqlamasına Ağ Partiya sədri Tural Abbaslı deyib.

Partiya sədri vurğulayıb ki, Münhen Təhlükəsizlik Konfransında İlham Əliyev açıq mətnlə Rusiyadan eksport olunmuş Vardanyanla heç bir danışıqlar aparılmayacağını qeyd etdi:

“Dolayısı ilə Vardanyanı proseslərdən kənara itələmiş oldu. Əgər Ermənistan tərəfi prosesdə hər hansı irəliləyiş istəyirsə, bununla bağlı kriteyalar olduğu qeyd olundu. Yəni, Qarabağda anadan olub, Qarabağda böyüyüb və yaxud 1989-cu ilə qədər Qarabağda qeydiyyatda olan Azərbaycan vətəndaşları olan ermənilərlə yalnız danışıqlar gedə bilər. Qalan heç kim Azərbaycan ərazisində yaşayan və Azərbaycan erməniləri adından danışa bilməz. Bu, birmənalıdır.

İndi burada həlledici tərəf onlar deyil, həlledici tərəf Azərbaycandır. Biz nə desək, o da olmalıdır! Ərazilər bizimdir, vətəndaşlar bizimdir. Vəssalam!”.

Nəzrin Demokrat.az

D
demokrat.az