Region Özəl

Məşhur aktyorun adından dələduzluq — FOTO

Məşhur aktyorun adından dələduzluq — FOTO

Türkiyəli aktyor Oktay Kaynarca “TikTok”da adına saxta hesab açaraq pul yığıldığını öyrəndikdən sonra xeyli qəzəblənib.

Demokrat.az xəbər verir ki, məsələ ilə bağlı sosial media hesabında paylaşım edən aktyor, bunları deyib:

"Tiktok"da adıma saxta hesab açıb yardım toplamaq bəhanəsilə dələduzluq etməyə çalışsan bir vicdansız var. Xahişim budur ki, belə hesablara və insanlara etibar etməyin. Bu əclaflara qarşı cinayət işi açılıb. Ümid edirəm ki, onları dünya gözü ilə qarşımda görəcəm."

Qeyd edək ki, fevralın 6-da Kahramanmaraşda baş verən iki güclü zəlzələ 11 vilayətdə böyük dağıntılara səbəb olub. Bölgədə yardım səfərbərliyinə qoşulan Oktay Kaynarca da qurbanlar üçün yardım toplayanlar sırasındadır.

Məşhur aktyorun adından dələduzluq — FOTO
Arzu Demokrat.az

D
demokrat.az