Xarici siyasət

Spiker Almaniya səfiri ilə görüşdü — FOTOLAR

Spiker Almaniya səfiri ilə görüşdü — FOTOLAR

Almaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman Milli Məclisin sədri Sahibə Qafarova ilə görüşüb.

Demokrat.az xəbər verir ki, səfir bu barədə tviter səhifəsində yazıb.

"Bu gün Milli Məclisin sədri Sahibə Qafarova ilə regiondakı vəziyyət və Almaniya-Azərbaycan əlaqələrinin gələcəyi haqqında çox məhsuldar görüş keçirdim. O, Şəmkirin (köhnə adı ilə Annenfeld) yerli sakini olaraq, bu əlaqələrin ən böyük dəstəkçisidir", - deyə o qeyd edib.

D
demokrat.az