Türkiyə musiqisinin "imperator" ləqəbli müğənnisi İbrahim Tatlısəs Bodrumdakı 5 evini zəlzələdən zərərçəkənlərə verib.
Demokrat.az xəbər verir ki, bununla bağlı müğənni özü məlumat verib.
Türkiyənin vitse-prezidenti Fuat Oktayın çağırışına qoşulan Tatlısəs "Evim Yuvan Olsun" kampaniyasına 5 evini bağışlayıb.
Təəssüratlarını bölüşən sənətçi insanlara çağrış edib:
"Evim Yuvan Olsun" kampaniyasına qoşulun. İndi yaraları sağaltmaq vaxtıdır. Mən də Bodrumdakı 5 mənzilimi zəlzələ qurbanları üçün açdım. İmkanınız varsa, siz də açın".
Xatırladaq ki, F.Oktay “Evim Yuvan Olsun” kampaniyası ilə xeyriyyəçilərin evlərini zəlzələdən zərərçəkənlərə pulsuz və ya sərfəli şərtlərlə kirayə verə biləcəklərini açıqlamışdı. Bu çağırışa Tatlıses ailəsindən ilk olaraq "imperator"un qızı Dilan Çıtak qoşulmuşdu.
Arzu Demokrat.az


