Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı altı nəfərə çatıb.
“Report” xəbər verir ki, məlumatı “Hurriyet” nəşri yayıb.
Qeyd olunub ki, baş vermiş iki zəlzələ nəticəsində 300-ə yaxın insan xəsarət alıb, 18 nəfərin vəziyyəti isə ağırdır.
Xatırladaq ki, Hatay vilayətinin Defne rayonunda fevralın 20-də saat 20:04-də 6,4 bal gücündə zəlzələdən sonra ən böyüyü 5,8 olmaqla 32 ardıcıl təkan baş verib. Bir neçə şəhərdə binalar uçub. Yeraltı təkanlar Yunanıstan, Misir, İsrail, Livan, Suriya və Kiprdə hiss
08:39
Türkiyənin Hatay vilayətində baş verən zəlzələlər nəticəsində ölənlərin sayı dörd nəfərə çatıb.
“Report” xəbər verir ki, məlumatı “TRT Haber” yayıb.
“Ölənlərin sayı dörd nəfərə çatıb. Dağıntılar altında qalan iki nəfərin axtarışı üzrə işlər davam etdirilir”, - telekanal bildirib.
Qeyd edək ki, Türkiyənin səhiyyə naziri Fahrettin Koca Hatay vilayətində baş vermiş iki zəlzələ nəticəsində 300-ə yaxın insanın xəsarət aldığını, 18 nəfərin vəziyyətinin ağır olduğunu bildirib.


