"Moldova ilə münasibətlərimiz son dərəcə gərgindir"
Demokrat.az xəbər verir ki, bu sözləri Kremlin sözçüsü Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, Moldovanın baş naziri Dorin Reçenin Dnestryanı bölgənin silahsızlaşdırılması zərurəti ilə bağlı açıqlamalarını dəyərləndirərkən bunları qeyd edib:
"Moldova ilə münasibətlərimiz onsuz da son dərəcə gərgindir. Moldova administrasiyası Rusiya əleyhinə olan hər şeyi vurğulayır. Bu yanaşma Moldovaya kömək etmir və ikitərəfli münasibətlərimizə zərər verir. Moldovalı həmsöhbətlərimizə açıqlamalarında çox diqqətli olmağı tövsiyə edirik”.
Qeyd edək ki, fevralın 16-da Moldovada qurulan yeni hökumətlə baş nazir postunu tutan Dorin Reçen dünən Rusiyanın Moldovaya qarşı “hibrid” müharibə apardığını və Rusiya hərbi qüvvələrinin yerləşdiyi Dnestryanı bölgənin hərbsizləşdirilməli olduğunu bildirib.
Arzu Demokrat.az


