İnfrastruktur

Qubadlı-Eyvazlı avtomobil yolunun istifadəyə veriləcəyi vaxt açıqlandı

Qubadlı-Eyvazlı avtomobil yolunun istifadəyə veriləcəyi vaxt açıqlandı

Azad olunmuş ərazilərdə inşa edilən Qubadlı-Eyvazlı avtomobil yolunun torpaqlama işləri başa çatıb.

Demokrat.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.

O bildirib ki, artıq yolun torpaq işlərinin 90 faizi hazırdır: "Bu yol vasitəsilə biz, həmçinin, Gorus-Sisyan yoluna çıxış əldə edirik. Bu da Şərqi Zəngəzura ikinci çıxışımız olacaq. Yol bu ilin may-iyun aylarında hazır olacaq və istifadəyə veriləcək".

D
demokrat.az