Dünya

Tanınmış aktyora ağır diaqnoz qoyuldu

Tanınmış aktyora ağır diaqnoz qoyuldu

Tanınmış amerikalı aktyor Brüs Uillisə FTD kimi tanınan frontotemporal demensiya diaqnozu qoyulub.

Demokrat.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Emma ailə adından bəyanat yayıb.

"Bir ailə olaraq, Brüsün ilkin diaqnozunu paylaşdıqdan sonra aldığımız inanılmaz sevgi, dəstək və gözəl arzulara görə hamınıza təşəkkür etmək istədik. Xeyirxahlığınıza görə və Brüsü bizim qədər sevdiyinizi bildiyimiz üçün sizə yeni xəbərləri çatdırmaq istədik. 2022-ci ilin yazında Brüsün afaziya diaqnozunu elan etdiyimizdən bəri onun vəziyyəti ağırlaşıb və indi ona daha spesifik bir diaqnoz qoyulub: frontotemporal demensiya. Təəssüf ki, ünsiyyətlə bağlı çətinliklər Brüsün xəstəliyinin yalnız bir əlamətidir. Bu ağrılı olsa da, nəhayət dəqiq diaqnoz qoyuldu", - paylaşımda deyilir.

Emma qeyd edib ki, bu xəstəliyin müalicəsi yoxdur: "Brüs həmişə həyatda sevinc tapıb və tanıdığı hər kəsə də bunu etməyə kömək edib. Biz bu çətin dövrdə Brüs üçün paylaşdığınız məhəbbətdən çox təsirləndik. Davamlı şəfqətiniz, anlayışınız və hörmətiniz Brüsə mümkün qədər dolğun həyat sürməyə kömək edəcək."

Qeyd edək ki, xəstəliyin bu formasının müalicəsi yoxdur. Üstəlik, bu xəstəlikdən əziyyət çəkən insanlar orta hesabla təxminən 6-8 il yaşayırlar.

D
demokrat.az