Türkiyə Taşkömürü Təşkilatının mədənçiləri Hatayda zəlzələ bölgəsində axtarış-xilasetmə işlərini davam etdirərkən dağıntılar arasında çoxlu miqdarda pul və qızıl tapıblar.
Demokrat.az "Haber Global"a istinadən xəbər verir ki, Hatayda dağıntı işləri əsnasında mədənçilər 3 min dollar, 3 min 800 avro, müəyyən miqdarda qızıl tapıblar. Tapılan pul və qızıllar mədənçilər tərəfindən təhlükəsizlik qüvvələrinə təhvil verilib.
Axtarışlar Hatayda Kırıkhan Cümhuriyyət Prospekti Uğur Mənzilində aparılıb.
Qeyd edək ki, hazırda zəlzələ baş verən ərazilərdə axtarışlar işləri davam etdirilir.
Aysun Demokrat.az


