"Ermənilər hər zaman Avropa və Rusiyanın arasında manevr ediblər".
Bu fikirləri Demokrat.az-a açıqlamasına Ağ Partiya sədri Tural Abbaslı deyib.
Partiya sədri bildirir ki, həm Rusiya, həm də Fransa qismində bir çox Avropa ölkələri birbaşa və açıq formada Ermənistana hər zaman dəstək veriblər:
"Amma, ermənilər o dəstəyə rəğmən yenə də ruslarla münasibətləri çox normal idi. Ermənistanda həm Rusiya tərəfdarları, Qərb tərəfdarları var. Bu, onların ikiüzlü xislətindən irəli gəlir ki, həm Qərblə, həm də Rusiya ilə eyni anda normal münasibətlər saxlaya və faydalana bilirlər. Biz uzunmüddət deyirik ki, Rusiyanın əleyhinə çıxışlar var, Rusiyanın hərbi bazası mühasirəyə alınmağa çalışır, Ermənistan hakimiyyəti Qərbə meyillənir, Ermənistan Fransaya yaxınlaşır, Ermənistan sərhədlərini ATƏT-in müşahidə missiyasını gətirir. Amma bütün bu vaxt ərzində Rusiyanın Azərbaycanın xeyrinə hər hansı bir konkret addım atdığını, mövqe bildirdiyini də görməmişik. Əksinə, bir çox hallarda Vardanyanları təlimatlandırırlar. Sülhməramlılar qismində onu müdafiə edirlər".
"Avropa elə düşünür ki, Ermənistan Rusiyadan uzaqlaşır. Ona görə də, onu daha da ağuşuna almaq üçün bəzi addımlar atır. Unutmayaq ki, NATO-nun əleyhinə yaradılmış KTMT var, Ermənistan bu təşkilatın üzvüdür. Ermənistan Avrasiya İttifaqının, Rusiyanın təşkilatçılığı ilə keçirilən bütün tədbirlərin, təşkilatların birbaşa üzvüdür. Bunlara rəğmən, bütün dönəmlərdə Avropa ermənilərin yanında idi.
Hesab edirəm ki, Azərbaycan öz xarici siyasətini Ermənistanın xarici siyasətinə uyğunlaşdırıb qurmamalıdır. Azərbaycan hər şeyə rəğmən öz-özünə arxayın olub, öz işini görməlidir. Ermənistanla Rusiyanın və Avropanın münasibətlərinin necəliyini müəyyən etməməlidir. Ona qarşı adekvat plan da qurmamalıdır. Azərbaycan öz siyasətini özü müəyyən etməlidir. Əminəm ki, heç bir halda Rusiya və Avropa Ermənistana verdiyi dəstəyi Azərbaycana verməyəcək".
Nəzrin Demokrat.az


