Koreya Respublikasında millət vəkilləri maaşlarının üç faizini Türkiyə və Suriyada zəlzələdən zərərçəkənlərə bağışlamaq qərarına gəliblər.
Demokrat.az-ın "Yonhap" xəbər agentliyinə istinadən məlumatına görə, Türkiyə və Suriyada zəlzələdən zərərçəkmişlərə təcili dəstək tədbirlərini ehtiva edən qətnamə hazırlanıb. Qeyd olunan qətnamə parlamentdəki 229 deputatdan 228-i tərəfindən təsdiqlənib.
Bir deputat isə səsvermədə bitərəf qalıb.
Qeyd etmək lazımdır ki, qərar həmçinin Türkiyə və Suriyada axtarış-xilasetmə və yenidənqurma işlərinin dəstəklənməsi, zəlzələ bölgəsində koreyalı mühacir, tələbələr və turistlər üçün təhlükəsizlik tədbirlərinin görülməsi üçün nəzərdə tutulur.
Aysun Demokrat.az


