Dünya Özəl

Sumqayıtda 25 yaşlı oğlan sevgilisinə xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıtda 25 yaşlı oğlan sevgilisinə xəsarət yetirdi — TƏFƏRRÜAT

Sumqayıt şəhərində 1998-ci il təvəllüdlü Fərid qeyri-rəsmi yaşadığı Südabəyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Sumqayıt şəhəri, STP zavodunun yaxınlığında baş verib. Fərid qeyri-rəsmi yaşadığı Südabə ilə aralarında baş vermiş mübahisə zamanı onun burun nahiyyəsinə yumruqla zərbə vurub. İstintaq orqanı tərəfindən Fəridin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Fərid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, 2021-ci ilin sentyabr ayından Südabə ilə qeyri-rəsmi yaşayıb və hazırda onunla birlikdə yaşamır: “Hadisə günü Südabə mənə zəng edərək pulunun olmadığını bildirdi, məndən pul istədi. Mən də Südabəyə H.Z.Tağıyev qəsəbəsində olan “Arzu” marketin yaxınlığında 50 manat verdim”. Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü, saat 11.00-da Südabə “Arzu” marketin qarşısından onun maşınına əyləşib:

”Sumqayıt şəhəri istiqamətində gedən zaman Sumqayıt şəhəri, STP zavodunun yaxınlığında idarə etdiyim maşında qısqanclıq zəminində aramızda mübahisə yarandı. Mübahisə zamanı onun burun nahiyyəsinə yumruqla zərbələr vurdum”. Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmasını nəzərə alıb. Bu səbəbdən Fəridin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova