Nizami rayonunda yanğın hadisəsi baş verib.
Demokrat.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbərinə görə, Bakı şəhərinin Nizami rayonunda çoxmərtəbəli yaşayış binasının mənfi 2-ci mərtəbəsində yerləşən avtomobil dayanacağında “Mercedes” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.


