Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 250 vaksin vurulub.
Demokrat.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahdanverilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 56, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 122, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 64, pozitiv nəticədən sonra buster doza olunanların sayı isə 8 nəfərdir.
Ölkədə vurulan vaksinlərin ümumi sayı 13 945 463, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 403 124, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 877 972, 3-cü və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 398 952, pozitiv nəticədən sonra buster doza olunanların sayı 265 415 təşkil edir.



