Siyasət Özəl

Niderland Azərbaycan-Türk Mədəniyyət dərnəyi insanlara yardım kampaniyasına başladı —FOTO

Niderland Azərbaycan-Türk Mədəniyyət dərnəyi insanlara yardım kampaniyasına başladı —FOTO

"Son günlər bütün dünyada medianın gündəmində əsas mövzuya çevrilmiş olan Türkiyə və Suriyada baş vermiş güclü zəlzələ yəqin ki son 100 ilin ən dəhşətli, faciəli təbii fəlakətlərdən biri kimi tarixdə qalacaqdır. Demək olar ki, dinindən, irqindən asılı olmayaraq bütün ölkələr, xalqlar bu hadisəni hüznlə qarşıladı və imkanları daxilində hər iki ölkəyə yardım etməkdə səfərbər oldular".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Niderland Azərbaycan-Türk Mədəniyyət Dərnəyinin rəhbəri İlhan Aşkın deyib. O qeyd edib ki, Niderland Krallığının Den Haag şəhərində yerləşən Hollanda Azərbaycan Türk Kültür dərnəyi də zəlzələnin ilk saatlarından zərər görmüş insanlara yardım kampaniyasına başladı və hal-hazırda da həmin kampaniya davam etməkdədir:

"Bu gün dərnəyin yerləşdiyi binada faciədə dünyasını dəyişmiş insanların ruhunu yad etmək məqsədi ilə görüş keçirilmişdir. İştirakçılar həlak olan insanları bir dəqiqəlik sükutla yad etmişlər. Haaqa şəhəri məscidlərinin Hocaları Qurani Kərimdən şəhidlərin ruhuna dualar oxuduqdan sonra açılış sözü ilə tədbir iştirakçılarını salamlayan dərnək başqanı İlhan Aşqın başladıqları yardım kampaniyası ilə bağlı qısaca məlumat vermişdir. Azərbaycan Respublikasının Niderland Krallığındakı fövqəladə və səlahiyyətli səfiri Rəhman Mustafayev cənabları öz çıxışında vəfat edənlərin ailələrinə baş sağlığı vermiş, yaralılara səfalar diləmişdir. Səfir bundan sonra da Azərbaycan və Türiyə qardaşlığının əbədi davam etməsi üçün hər iki dövlətin insanlarının səylərinin daha da artırmalı olduğunu qeyd etmişdir. Daha sonra çıxış edən Məscidi Kuba camisinin imamı Osman bəy bu ağır gündə Türk xalqının yanında olduqları üçün hər kəsə təşəkkürünü bildirmişdir".

Niderland Azərbaycan-Türk Mədəniyyət dərnəyi insanlara yardım kampaniyasına başladı —FOTO

Niderland Azərbaycan-Türk Mədəniyyət dərnəyi insanlara yardım kampaniyasına başladı —FOTO

Niderland Azərbaycan-Türk Mədəniyyət dərnəyi insanlara yardım kampaniyasına başladı —FOTO

Niderland Azərbaycan-Türk Mədəniyyət dərnəyi insanlara yardım kampaniyasına başladı —FOTO
Niderland Azərbaycan-Türk Mədəniyyət dərnəyi insanlara yardım kampaniyasına başladı —FOTO

Niderland Azərbaycan-Türk Mədəniyyət dərnəyi insanlara yardım kampaniyasına başladı —FOTO

Tədbirin sonunda iştirakçılara rəhmətə gedən insanların ruhu üçün ehsan verilmişdir.

Aynurə Demokrat.az

D
demokrat.az