Körpə sevincini fəlakətin kölgəsində yaşadılar
Kahramanmaraşda böyük zəlzələdən zərər çəkərək, Sinopdakı qohumlarının yanına gələn iki hamilə qadın körpələrini burada dünyaya gətiriblər.
Demokrat.az xəbər verir ki, Kahramanmaraş və Adıyamanda yaşayan Hatice Ceran və Ayşegül Yılmaz bölgədə baş verən zəlzələlərdən sonra Sinopun Boyabat rayonundakı qohumlarının evlərində yaşamağa başlayıb.
Rayona gəldikdən qısa müddət sonra doğum sancıları artan iki qadın yaxınları tərəfindən xəstəxanasına aparılıb.
Buradakı həkimlərin nəzarətindən sonra iki qadın da oğlan uşağı dünyaya gətirib.
Aysun Demokrat.az


