Xaçmaz rayon sakini, 1985-ci il təvəllüdlü Cəmil qohumu Azaya qarşı dələduzluq edib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Cəmil Azayın etibarından sui istifadə edib, onun arvadına, baldızına və qohumuna 2-ci qrup əlilliklə bağlı təqaüd düzəldəcəyini yalan vəd verib.
Aldatma yolu ilə 25noyabr 2020-ci ildə günorta saatlarında Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyevprospekti ilə Sülh küçəsinin kəsişməsində yerləşən “Shaurma” adlanan restoranda 7500manat məbləğində pulunu alaraq ələ keçirib.
İstintaq orqanı tərəfindən Cəmilin barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Cəmil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Azayı tanıyıb, onlarla qohumluq münasibətləriolub, ədavət və ya düşmənçiliyi olmayıb: “Yaşadığım Xaçmaz şəhərində müxtəlif işlərlə,yəni bəzən əkinçilik, bəzən isə alverlə məşğul olaraq dolanışığımı təmin etmişəm.Təxminən 2020-ci ilin noyabrın əvvəllərində qohumlarım Elnarə və Arzu Xaçmazşəhərinə qaynatam, yəni dayım Ramazanın evinə qonaq gəldilər. Orada söhbətedən zaman Arzu və Elnarə əlilliklə bağlı pensiya düzəltdirmək istədiklərini və buna görəhörmət edəcəyini dedilər. Mən də Elnarə və Arzuya tanışlarımın olduğunu, bu işdə onlaraköməklik göstərə biləcəyini dedim”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, Elnarə və Arzu bir-iki gün Xaçmaz şəhərindəqaldıqdan sonra yaşadıqları Sumqayıt şəhərinə gediblər: “Mənimlə əlaqəsaxlayacaqlarını dedilər. Elnarə və Arzu Sumqayıt şəhərində olan zaman Elnarə ilətelefonla əlaqəsi saxladım. Elnarə mənə qohumları Esmiranın da əlilliklə pensiyadüzəltdirmək istədiyini dedi. Mən də Elnarəyə sənədlərinə baxandan sonra dəqiq sözdeyə biləcəyimi dedim. Elnarə isə mənə bacısı Arzunun sənədlərini göndərdi. Həmin sənədləri tanıdığım həkimə göstərəndə, həmin həkim mənə sənədlərə görə pensiyadüşdüyünü dedi. Mən də bu barədə Elnarəyə dedim və onlar görüşmək qərarınagəldik”.
Cəmil bildirib ki, təxminən 2020-ci ilin noyabrın axırlarında Elnarə, Arzu və Esmira Sumqayıt şəhəri, 3-cü mikrorayon, H.Əliyev prospekti ilə Sülh küçəsinin kəsişməsindəyerləşən “Shaurma” adlanan restoranda görüşüblər: “Elnarə, Arzu və Esmira mənə əlilliküçün sənədlərinin surətlərini verdilər. Mən də həmin sənədləri götürərək yaşadığım Xaçmazşəhərinə gəldim və yenə dətanıdığım həkimə göstərdim. Həkim həmin sənədlərə görəpensiya düşdüyünü dedi. Bundan sonra yenə də Elnarə ilə əlaqə saxladım vəişlərinin düzəlməsi üçün hər birinin 3000 manat pul verməli olduqlarını dedim. Onlar ilkinolaraq hər biri 2500 manat, işləri düzələndən sonra isə əlavə olaraq 300 manat verəcəklərini dedilər. Yenə də həmin “Shaurma” restoranında görüşmək qərarınagəldik”.
Cəmilin bildirdiyinə görə, təxminən noyabrın 25-də, günorta saatlarında Elnarə, Esmira,Arzu və Elnarənin əri Azayla “Shaurma” restoranındagörüşüblər: “Orada Azay mənə 7500 manat verdi. Həmin şəxslərə işlərini ən qısamüddətdə düzəldəcəyimi dedim. Həmçinin onlardan notarial qaydada təsdiq edilmişetibarnamə də aldım ki, adlarından müvafiq sənədləşmə işlərini apara bilim. Həmin şəxslərin pensiya məsələsini düzəltmək üçün müxtəlif qurumlara müraciət etsəm də, işlərini düzəldə bilmədim. Həmin müddət ərzində də Azayın mənə vermiş olduğu 7500manatın bir hissəsini xurma alverinə, bir hissəsini isə şəxsi ehtiyaclarıma xərclədim.Sonralar Elnarə və digərləri işlərinin nə üçün gecikdiyini soruşdular. Tezliklədüzələcəyini dedim. Halbuki ümid etdim ki, xurma alveri yaxşı gedəndən sonraonların pulunu qaytararam. Lakin alver yaxşı olmadığından Azayın pulunu qaytarabilmədim. Azay mənə vermiş olduğu pulu tələb edəndə isə vaxt qazanmaq məqsədi ilə ona müxtəlif bəhanələr dedim”.
Cinayət işi üzrə zərərçəkmiş Azayın sözlərinə görə, təqsirləndirilən şəxs onun arvadı Elnarənin dayısıoğludur, onunla ədavət və ya düşmənçiliyi olmayıb: “Arvadım Elnarə uzun müddətdir ki,yüksək qan təzyiqi xəstəliyindən əziyyət çəkdiyindən müxtəlif xəstəxanalarda bununlabağlı müalicə alıb. Müalicə zamanı həkimlər bizə deyiblər ki, Elnarənin xəstəliyi iləbağlı 2-ci qrup əlilliklə pensiya ala bilər. Buna görə də biz Elnarənin pensiya alması üçünbildiyimiz lazım olan sənədləri topladıq. Təxminən 2020-ci ilin noyabrınəvvəllərindəElnarə bacısı Arzu ilə Xaçmaz rayonunda yaşayan dayısı Ramazanın evinə qonaqgetdilər. Oradan gələndən sonra Elnarə dedi ki, dayısının kürəkəni Cəmil iləorada söhbət edib, bu zaman Cəmilə bu barədə deyib və kömək istəyiblər. Cəmil də onlaramaraqlanaraq kömək edəcəyini dedi. Həmin vaxt Cəmilə hörmət də ediləcəyini deyib.Cəmil də onların pensiya işlərini düzəldə biləcəyini bildirib. Sonralar isə Cəmil arvadıma zəng vuraraq sənədlərinin surətini istədi, Elnarə də Cəmilə sənədlərin şəkiliniatandan sonra pensiya düzəltdirə biləcəyini dedi”.
Zərərçəkmiş şəxs qeyd edib ki, təxminən2020-ci ilin noyabrın əvvəllərində Elnarə, Arzu və Elnarənin bibisi qızı Esmira“Shaurma” adlanan restoranda Cəmil ilə görüşüblər: “Orada Cəmil sənədlərə baxdı, onların hər üçünə də 2-ci qrup əlillik düzəltdirə biləcəyini bildirdi.Həmçinin Cəmil dedi ki, pensiya ilə bağlı müvafiq sənədlərə görə ona hər biri3000 manat verməlidirlər. Razılığa gəliblər ki, ilkin olaraq hər biri Cəmilə 2500 manat,pensiya aldıqdan sonra isə əlavə olaraq 300 manat verəcəklər. Esmira və Arzu bubarədə mənə bildirdilər. Pullarının olmadığını dedilər və məndən xahiş etdilər ki, onların daəvəzinə hər birinə görə 2500 manat borc olaraq verim, pensiya aldıqdan sonra mənə qaytaracaqlar. Mən də etiraz etmədim. Arzu və Esmira ilə razılaşdım”.
Azayın ifadəsinə görə, təxminən2020-ci ilin noyabrın əvvəllərində Arzu, Elnarə və Esmira ilə birlikdə “Shaurma’'restoranında Cəmil ilə görüşüblər: “Arzu, Esmira və Elnarəyə görə Cəmilə ümumilikdə7500 manat verdim. Cəmil pulu aldıqdan sonra bizə vəd verdi ki, ən geci2021-ci ilin fevralında artıq pensiya kartlarını almış olacağıq. Cəmil fevral ayına kimi arabir bizimlə əlaqə saxladı, işlərimizin düzələcəyini dedi. Lakin Cəmilindediyi vaxt çatanda işlərinin yubandığını gördük. Cəmil ilə tez-tez əlaqə saxlamağa vəişləri barədə maraqlanmağa başladıq. Cəmil isə hər dəfə bizə müxtəlif bəhanələr gətirərək işlərimizin tezliklə düzələcəyini və pensiya alacağımızı dedi. Cəmilin bizi aldatdığını başa düşdüm. Cəmil ilə əlaqə saxlayaraq vermiş olduğu pulu tələb edəndə isəəvvəlcə Cəmil həmin pulun 4000 manatını qaytaracağını dedi. Cəmilin dediyi vaxtkeçəndən sonra isə biz yenə də əlaqə saxladıq. Həmişəki kimi Cəmil müxtəlifbəhanələr gətirərək bizi aldatmağa başladı. Bir müddətdən sonra isə Cəmil Elnarə,Arzu və Esmiran tibbi sənədlərini taksi ilə göndərdi. Başa düşdük ki,Cəmil sənədləriheç kimə verməyib. Cəmilin məqsədi bizi aldadaraq pulumuzu ələ keçirtmək oldu. Dəfələrlə Cəmildən vermiş olduğumuz pulu tələb etsək də, Cəmil məni aldadaraq puluqaytarmadı”.
Bu cinayət işinə Sumqayıt şəhər Məhkəməsində baxılıb.
Cəmil 1 il 11 ay 29 gün azadlıqdanməhrum edilib.
Fariz Məlikli Demokrat.az


