Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.
Bu barədə Demokrat.az-a FHN-nin mətbuat xidmətindən bildirilib.
Dağıntılar altından çıxarılan Ayşə adlı qadın “Can Azərbaycan, canım qardaşlarım. İlham Əliyevə də salamları göndərirəm”, - deyərək azərbaycanlı xilasedicilərə təşəkkür edib.
Demokrat.az


