Media Özəl

“İrandan tezislər alan, o tezisləri Azərbaycanda yayan xeyli media resursu və jurnalistlər var” — Deputat

“İrandan tezislər alan, o tezisləri Azərbaycanda yayan xeyli media resursu və jurnalistlər var” — Deputat

Azərbaycanda söz, mətbuat və ifadə azadlığı dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlət başçısının diqqət və qayğısı ilə ölkəmizdə mətbuatın sərbəst fəaliyyəti üçün hər cür şərait yaradılır. İctimai maraqlara cavab verən və müsbət qarşılanan bu yanaşmalar insan, vətəndaş hüquq və azadlıqlarının təmin olunmasını şərtləndirir.

“İrandan tezislər alan, o tezisləri Azərbaycanda yayan xeyli media resursu və jurnalistlər var” — Deputat
Milli Məclisin deputatı, uzun illər "Yeni Azərbaycan" qəzetinin baş redaktoru kimi fəaliyyət göstərmiş Hikmət Babaoğlu Demokrat.az-a açıqlamasında bildirib ki, Azərbaycanda söz, mətbuat, fikir azadlığı və fikir plüralizmi kimi universal dəyərlər üzərində heç bir təzyiq yoxdur. Millət vəkilinin sözlərinə görə, Azərbaycan Konstitusiyasında sadaladığı bütün bu azadlıqların təminatı var:
“İrandan tezislər alan, o tezisləri Azərbaycanda yayan xeyli media resursu və jurnalistlər var” — Deputat
“Bu mühüm ictimai institutlar, xüsusən media, söz və mətbuat azadlığını bir hüquqi vəzifə kimi icra edərkən, bu azadlığın milli maraqlarımızla toqquşma sərhəddini aydın təsəvvür etməlidirlər. Söz və mətbuat azadlığından sui-istifadə etməməlidirlər. Söz və mətbuat azadlığını ölkəmizin maraqlarını ifadə etməyən və yaxud ölkəmizin, milli maraqlarımızın əleyhinə olan fikirləri Azərbaycan cəmiyyətində kütləvi şəkildə yayaraq, dövlət maraqlarımıza ziyan vurmaq kimi qəbul etməməlidirlər. Ən əsası isə odur ki, söz və mətbuat azadlığı adı altında başqa ölkələrin milli birliyimizə, milli dəyərlərimizə yönələn fikirlərini, informasiyalarını Azərbaycan cəmiyyətində yaymamalıdırlar. Bu, birbaşa xəyanətdir”.

Müsahibimiz hesab edir ki, artıq informasiya cəmiyyətlərində Azərbaycanın virtual və informasiya sərhədləri də formalaşıb:

“İrandan tezislər alan, o tezisləri Azərbaycanda yayan xeyli media resursu və jurnalistlər var” — Deputat
“Media məhz bu informasiya sərhədlərinin keşiyində duran vasitədir. Virtual informasiya vətənimizin keşikçiləri də, sərhədçiləri də, əsgərləri də mətbuat mənsublarıdır, jurnalistlərdir, media resurslarıdır. Amma biz şahid oluruq ki, ayrı-ayrı media resurları bu azadlıqlardan Azərbaycanın əleyhinə istifadə edir. Beləliklə, vətənimizə xəyanət edirlər. Bu yaxınlarda bizim dövlət hüquq-mühafizə orqanlarının, təhlükəsizlik qurumlarının həyata keçirdiyi əməliyyat nəticəsində bunlar aşkara çıxarıldı. Əminəm ki, onların sayı sadəcə iki media resursundan, yaxud da 9-10 jurnalistlə məhdudlaşmır. Biz media mənsubları olaraq bilirik ki, bu və ya digər formada açıq və gizli şəkildə İranla əlaqəsi olan, oradan tezislər alan, o tezisləri Azərbaycanda yaymaqla bağlı öhdəlik götürən xeyli sayda media resursları və jurnalistlər var. Onlar həqiqi jurnalistlər deyil, mən onlara “journalist” deyirəm. Onlar media peşəsi kimi nüfuzlu bir peşəni müxtəlif ölkələrin Qərbin və konkret halda isə İranın maraqlarını icra olunmasına cəlb edən “jurnalistlər”dir. Bunlara qarşı çox ciddi tədbirlər görülməlidir. Dediyimiz kimi, bizim informasiya vətənimizin təəssübünü çəkməyən, virtual informasiya vətənimizi qoruya bilməyən, ona xəyanət edən hansı media resursu, media mənsubu varsa, onun fəaliyyəti elə vətənə “xidmət” kimi qiymətləndirilməlidir və ən ciddi tədbirlər onlar haqqında görülməlidir.

Azərbaycan Prezidenti deyir ki, informasiya təhlükəsizliyi bizim milli təhlükəsizliyimizin əsas komponentlərdən biridir. Çox təəssüf ki, bəzi media resursları və mənsubları o təhlükəsizliyi təhdid edən hərəkətlərə yol veriblər. Bu, hüquqi məsuliyyət yaradır və Azərbaycanda hüquqi dövlət olduğuna görə məhz hüquqi müstəvidə bu qeyri-qanuni fəaliyyət kimi qiymətləndirilməlidir və ən sərt tədbirlər görülməlidir”.

“Pravda.az” xəbər portalının baş redaktoru İlkin Pirəli saytımıza açıqlamasında Azərbaycan mediasının durulmaq mərhələsində olduğunu diqqətə çatdırıb:

“İrandan tezislər alan, o tezisləri Azərbaycanda yayan xeyli media resursu və jurnalistlər var” — Deputat
“Diqqət etsəniz, görərsiniz ki, bu sahədə əvvəlki kimi xaos yoxdur. Xaos yaradanlar artıq narahatlıq keçirirlər. Bilirlər ki, onlar barəsində sərt tədbirlər görüləcək. Çünki onların media adına iddia etməsi qəbuledilməzdir, elələri təbliğat maşınıdırlar. Hər bir jurnalist fəaliyyətini qanunauyğun təşkil etməlidir:

“Qanun hər kəs üçündür” ifadəsi əbəs yerə deyilmir ki... Milli məsələlərdə media dövlətin yanında olmalıdır. Bəziləri bunu qəsdən yanlış istiqamətə yozurlar, hakimiyyətlə dövlət anlayışlarını qarışdırırlar. Qanunauyğun fəaliyyət dövlətin yanında olmaqdır. Jurnalist deməyək, bir insan necə başqa dövlətə işləyə bilər ki? Belə faktlar varsa, ən sərt tədbirlər görülməlidir ki, başqalarına da dərs olsun. Elə bir neçə gün öncə, “Salamnews” informasiya agentliyində, “İnteraz” telekanalının ofisində əməliyyat keçirilib, saxlanıların olduğu bildirilir. Hüquq mühafizə orqanlarında dəqiq məlumatlar olub ki, bu cür əməliyyat təşkil edilib, biz də bu addımı düzgün qiymətləndiririk. Vaxtilə hansısa məmurların çətiri altına sığınıb fəaliyyət göstərərək, dövlətə qarşı çıxan ifşa edilməlidir”. Baş redaktor bu gün Medianın İnkişafı Agentliyinin hədəf seçildiyini deyir:

“İrandan tezislər alan, o tezisləri Azərbaycanda yayan xeyli media resursu və jurnalistlər var” — Deputat
““Media haqqında” Qanun da neqativ halların qarşısını almaq üçün meydana çıxdı. İndi baxın, reketlərdən tutmuş fəaliyyəti qaranlıq olanlara qədər hamısı Medianın İnkişafı Agentliyini hədəf seçiblər. Bir-iki tanınmış şəxsin də reyestrə qarşı çıxması başadüşülən deyil. Əksinə, ən birinci onlar dəstək verməli idilər. Şəffaflıq tələb etmirdiniz? Təmin edilir, bəs nədən narahatsınız? Dövlət bilməlidir ki, fəaliyyət göstərən media subyekti nə ilə məşğuldur. Reketlər həmin tanınmış insanların ətrafına toplaşaraq sui-istifadəyə yol verirlər. Bir ovucdurlar, təsir gücləri yoxdur, güvəndikləri məmurlar da artıq vəzifədə deyillər. Həmin şəxslər reketləri kənarlaşdırmalıdır, çünki onların imiclərinə zərbədir. Dövlətin mövqeyini qəbul etməyə, tənqid edə bilərsən, bu, sənin hüququndur. Amma hər şeyi daha səviyyəli şəkildə etməyə çalışmaq lazımdır. Dövlət isə addımlarını, şəffaflaşdırmaq istiqamətindəki işlərini davam etdirməlidir. Problemin kökü dərindir, ona görə də narazılıqlar olacaq, amma dayanmaq olmaz”.

“Unutmamalıyıq ki, jurnalistika prinsip etibarilə şərəfli və müqəddəs peşədir. Çünki jurnalistlər bilvasitə xalqın haqq sözünü çatdıran, ictimai rəyə və şüurlara təsir imkanları olan adamlardır. Jurnalistin əsas peşə vəzifəsi cəmiyyəti lazımi informasiya ilə təmin etmək, əhali arasında maarifçilik işi aparmaq, mədəni dəyərləri daha geniş yaymaqdır. Ona görə də, hər bir jurnalist milli dəyərlərimizə ziyan vurmamalıdır” – deyə İ.Pirəli vurğulayıb.

Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanıb

Mövzu: Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi

Aynurə Pənahqızı Demokrat.az

D
demokrat.az