"Qardaş Türkiyənin Kahramanmaraş şəhərində baş verən güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri dərin hüznlə qarşıladıq".
Demokrat.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
"Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Azərbaycan hər zaman Türkiyənin yanındadır", - nazirlikdən qeyd olunub.
Qardaş #Türkiyənin Kahramanmaraş şəhərində baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbərləri dərin hüznlə qarşıladıq. Həlak olanların doğmalarına və yaxınlarına dərin hüznlə başsağlığı veririk.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) February 6, 2023
Azərbaycan Türkiyənin hər zaman yanındadır. 🇦🇿🇹🇷 pic.twitter.com/QW2k7rMkqQ


