Hadisə

Gəncədə bir ailənin üç üzvü bıçaqlandı

Gəncədə bir ailənin üç üzvü bıçaqlandı

Gəncədə bir ailənin üçüzvü bıçaqlanıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundanOxu.Az-a verilən məlumata görə, Gəncə Şəhər Baş Polis İdarəsinin 1-ci Polis Şöbəsinə1993-cü il təvəllüdlüElnurə Əlimardanova,1980-ci il təvəllüdlü Elşən Əlimərdanov və1992-ci il təvəllüdlü ElnurƏlimərdanovun bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti Sumqayıt şəhər sakini 1989-cu il təvəllüdlü Babək Nəsirovun törətməsi məlum olub.

Hazırda şübhəli şəxsin istintaqa təhvil verilməsi istiqamətində zəruri tədbirlər davam etdirilir

APA-nın məlumatına görə, həmin şəxsləri Elnurə Əlimərdanovun keçmiş həyat yoldaşı yaşadıqları evdə bıçaqlayıb.

NE
Nihadə Eyyubova