Dünya Özəl

Dünyanın ən çox satılan avtomobil istehsalçısı "Toyota" olub

Dünyanın ən çox satılan avtomobil istehsalçısı Toyota olub

"Toyota" şirkətinin məlumatlarına görə, o, 2022-ci ildə 10 milyondan çox avtomobil satan rəqibi "Volkswagen"-i geridə qoyaraq dünyanın ən çox satılan avtomobil markası olub.

Demokrat.az xəbər verir ki, Yaponiyanın "Toyota Motor" Korporasiyası, "Covid-19" pandemiyasının çətinliklərinə baxmayaraq, 2022-ci ildə dünyanın ən çox satılan avtomobil istehsalçısı olub.

Şirkətin məlumatına görə, il ərzində təxminən 10,5 milyon avtomobil satılıb.

Qeyd etmək lazımdır ki, "Toyota" üç il ardıcıl olaraq, ən çox satılan avtomobil istehsalçısı adını qoruyub saxlamaqdadır.

Aysun Demokrat.az

NE
Nihadə Eyyubova