Dünya

İki il sonra ABŞ - Çin müharibəsi olacaq... — General tabeliyində olanlara çağırış etdi

İki il sonra ABŞ - Çin müharibəsi olacaq... — General tabeliyində olanlara çağırış etdi

ABŞ Hərbi Hava Qüvvələrinin generalı Mayk Minihan tabeliyində olanlara göndərdiyi memorandumda ABŞ-ın iki ildən sonra Çinlə müharibəyə gedəcəyini irəli sürüb.

Demokrat.az Rosbalt-a istinadla xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.

"Ümid edirəm, yanılıram. İntuisiya mənə deyir ki, 2025-ci ildə döyüşəcəyik”, - sənəddə deyilir. Memorandumun həqiqiliyini ABŞ Hərbi Hava Qüvvələri Nəqliyyat Komandanlığının nümayəndələrindən biri təsdiqləyib.

Generalın fikrincə, Çin hakimiyyəti 2024-cü ildə ABŞ-da keçiriləcək prezident seçkilərindən istifadə edib Tayvana nəzarəti bərqərar etmək üçün əməliyyat keçirə bilər. Minixan öz tabeliyində olanları fevralın sonuna qədər Çinlə hərbi əməliyyatlara hazırlaşmaq üçün tədbirlər haqqında məlumat verməyə çağırıb.//qaynarinfo

D
demokrat.az