İdman Özəl

“Rusiyada futbol yoxdur, Tacikistan və Özbəkistanla heç-heçə oynayırıq”

“Rusiyada futbol yoxdur, Tacikistan və Özbəkistanla heç-heçə oynayırıq”

“Mənim üçün Rusiya futbol klubları yoxdur, çünki Rusiyada futbol yoxdur”

Demokrat.az xəbər verir ki, bu fikirləri "sports.ru"ya açıqlamasında rusiyalı mütəxəssis Aleksandr Tixonov deyib.

O, indi əvvəlki futbol rəqabətindən əsər-əlamət qalmadığını düşünür:

"Sovet İttifaqında mən “Dinamo”nu dəstəkləyirdim. "Dinamo" Moskva, "Dinamo" Tbilisi - bu komandaları dəstəkləyirdim. Sonra "Torpedo", "Spartak" və CSKA parladı.

Rəqabət var idi, tribunalar dolu idi. İndi nə? Stadionlar tikiblər, amma boşdur, yavaş-yavaş çökəcəklər, çünki o stadionlara heç kim getmir. Mən bu “futbol”a yox, yüksək nailiyyətlərə öyrəşmişəm".

Dünya çempionatı isə fərqli bir aləmdir, tamam başqa səviyyədir. Əgər biz Tacikistan və Özbəkistanla heç-heçə oynayırıqsa, o zaman hansı futboldan danışırıq? Mənim üçün Rusiya futbolu normal oynamağa və nəticə göstərməyə başlayana qədər mövcud olmayacaq”, - deyə A.Tixonov bildirib.

Zamiq Demokrat.az

D
demokrat.az