İdman

“Sabah” “Neftçi”yə qalib gələrək mövqeyini möhkəmlədib

“Sabah” “Neftçi”yə qalib gələrək mövqeyini möhkəmlədib

Azərbaycan Premyer Liqasında XIX tura yekun vurulub.

“Report”un məlumatına görə, turun son oyununda çempionatın iddialı komandaları “Sabah” və “Neftçi” üz-üzə gəliblər.

Turnir cədvəlində “qonşu” olan rəqiblərin duelindən birincilər qalib ayrılıblar. Murad Musayevin kollektivi matçın taleyini birinci hissədə həll edib. 7-ci dəqiqədə Coy Lens Mikels penaltidən hesabı açıb. Bundan yarım saat sonra Aleksey Kaşuk fərqi iki topa çatdırıb. Komandaların cəhdlərinə baxmayaraq, ikinci hissədə qol vurmaq mümkün olmayıb. Beləliklə, “Sabah” “Neftçi” üzərində 2:0 hesablı qələbə qazanıb.

Bu nəticədən sonra xallarının sayını 46-ya çatdıran “Sabah” ikinci pillədəki mövqeyini möhkəmlədib. “Neftçi” isə 38 xalla üçüncü yerdə qalıb.

Turun digər oyunlarında “Qarabağ” “Turan Tovuz”u (3:2), “Zirə” “Sumqayıt”ı (3:1), “Şamaxı” “Səbail”i (2:1) məğlub edib, “Kəpəz”lə “Qəbələ” qollu bərabərə (2:2) qalıblar.

Qeyd edək ki, Premyer Liqada XX turun görüşləri 30 yanvar - 1 fevral aralığında keçiriləcək.

NE
Nihadə Eyyubova