Ukraynanın liman şəhəri olan Odessanın tarixi mərkəzi YUNESKO-nun Ümumdünya İrs Siyahısına və Təhlükədə olan Ümumdünya İrs Siyahısına daxil edilib.
Demokrat.az “CNN türk”ə istinadən xəbər verir ki, BMT-nin Təhsil, Elm və Mədəniyyət Təşkilatından (UNESCO) yazılı açıqlamasında Ümumdünya İrs Komitəsinin Odessanın tarixi mərkəzinin Dünya İrs Siyahısına daxil edilməsinə qərar verdiyi bildirilib.
Şəhərin tarixi mərkəzi də təhlükədə olan Ümumdünya İrs siyahısındadır ki, bu da Ukrayna əmlakının qorunmasını təmin etmək deməkdir. Həmçinin, lazım gələrsə, hücuma məruz qaldıqda onun bərpasına kömək etmək üçün texniki və maliyyə beynəlxalq yardıma çıxışı təmin edir.
YUNESKO-nun baş direktoru Odri Azulen Odessanı “kino, ədəbiyyat və incəsənətdə iz qoymuş əfsanəvi bir şəhər” olaraq xarakterizə edib: “Beləliklə, Odessa beynəlxalq ictimaiyyətin gücləndirilmiş mühafizəsi altına alınıb. Müharibə davam etdikcə, bu qərar hər zaman qlobal təlatümlərə qalib gələn şəhərin gələcək dağıntılardan qorunmasını təmin etmək üçün ortaq qətiyyətimizi təcəssüm etdirir”.
Komitənin müharibə başlayandan şəhərə qarşı təhlükələri nəzərə alaraq konvensiyanın fəaliyyət prinsiplərində nəzərdə tutulmuş “fövqəladə hal proseduru”ndan istifadə etdiyi və YUNESKO-nun beynəlxalq ekspertləri və ukraynalı ekspertləri bir araya gətirdiyi bildirilir. Jalə Demokrat.az


