Gündəm Özəl

“Ramiz Mehdiyevin basdırdığı minalardır, partlaya-partlaya gedir” — Xalq artisti Kinematoqrafiyadakı istefalardan danışdı

“Ramiz Mehdiyevin basdırdığı minalardır, partlaya-partlaya gedir” — Xalq artisti Kinematoqrafiyadakı istefalardan danışdı

Bu gün mediada yer alan məlumatlarda Kinematoqrafçılar İttifaqında kütləvi istefanın olduğu bildirilib. Onlar arasında Xalq artistlərindən Əbdül Mahmudovun da adı çəkilib.

Xalq artisti Demokrat.az-a açıqlamasında qurultaydakıistefa məsələsinə belə aydınlıq gətirib:

"Mən heç bir istefa verməmişəm. Axı niyə verməliyəm?! Şəfiqə Məmmədovanın dədəsinin yeridir?! Hələ təsadüfən seçilib , gəlib oturub orada. Hətta, istefa verən şəxslərə də dedim ki, çox nahaq vermisiniz. İttifaqda Şəfiqə xanımla bağlı narazılıqlar çoxdur. Ona görə də, gec olmadan qurultay çağırılmalıdır. Nizamnaməyə əsasən lazımi orqanlar iştirak etməlidir. Biz qərara almalıyıq ki, bu insan 12 ildir nə ilə məşğuldur? Camaat küçələrdə kino çəkir, bu da elə bil cibindən pul verir. Oturub kabinetdə heç bir iş görmür! Kiməsə arxayındılar. Deyirlər ki, bizim arxamızda filankəs var. Başım çıxmır, yaşlı qadındır, xəstə qadındır. Nə işin var burada?! Camaat qalıb ortada, bunlar oturub kabinetdə. Elə bil quldarlıq, mağara dövrüdür. Sadəcə olaraq, ittifaqa kinoçular dolmalıdır. Tələb edirik ki, Hesablama Palatası gəlib yoxlasın! İllərdir orada qurultay keçirilmir. Bu qadın camaatı şantaj edir, böhtan atır və yalan danışır".

"Şəfiqə Məmmədova 5-6 nəfəri başına yığıb qurultay keçirir və sonda özünə 7 sədr seçir. Bu qədər özbaşınalıq olar?! Bu qədər məsuliyyətsizlik, cəzasızlıq olarmı? Kimdir bu Şəfiqə, nə istəyir kinodan? Bunlar hamısı Ramiz Mehdiyevin oyunlarının davamıdır. Onun basdırdığı balaca minalardır, partlaya-partlaya gedir"

Nəzrin Hüseynli Demokrat.az

D
demokrat.az