"Avropa İttifaqı bir aydan sonra Ermənistana yeni müşahidə missiyası göndərəcək. Təbii ki, missiyanın azı ikiillik müddətə göndərilməsi nəzərdə tutulub. Onlar Azərbaycana qarşı bu cür mövqe sərgiləməklə, regiona ayaq açıb Rusiyanı bölgədən, bütövlükdə Cənubi Qafqazdan çıxarmaqdır".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib. Deputat qeyd edib ki, əsas məqsəd isə Ermənistan ərazisində yerləşməkdir: 
Məsələn, Ukraynada olduğu kimi bizim bölgəmizdə də Rusiyaya qarşı ikinci bir cəbhənin açılması məsələsini gündəmə gətirə bilərlər. Bu da fəlakətli bir nəticələrə səbəb ola bilər. Həmin missiya dinc məqsəd güdən missiya deyil. Çox zərərverici missiyadır, ancaq bölgədə gərginliyin artmasına, müharibənin yenidən alovlanmasına səbəb ola biləcək missiyadır".
Aynurə Demokrat.az


