Gündəm Özəl

Deputat Erkin Qədirlini istefaya ÇAĞIRDI: "Bu, onun öz seçicilərinə hörmətsizliyidir"

Deputat Erkin Qədirlini istefaya ÇAĞIRDI: Bu, onun öz seçicilərinə hörmətsizliyidir

"Erkin Qədirlinin həqiqətən də, o suala elə cavab verməyinə heç cür inana bilmirəm. Bilirsiniz ki, Milli Məclis plenar iclasa başlamayıb. Görsəydim, ona sual verərdim ki, bu sizin həqiqətən də öz fikirlərinizdir, yoxsa təhrif olunub? İnsan hər zaman vicdanlı olmağa çalışmalıdır".

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

"Nəzərə alaq ki, Erkin Qədirli həm də hüquqşünasdır. Əgər Erkin Qədirli özünün seçilməsinə şübhə ilə yanaşırsa, demokratik yolla seçilmədiyinə əmindirsə, onda niyə gəlib parlamentdə oturub? Erkin Qədirli demokratik, ədalətli yolla və seçicilərin əksəriyyətinin səs çoxluğunu qazanıbsa, demək ki, qanuni seçilib. Hüquqşünas da belə, ifadələr işlədən də adam lap məəttəl qalır. Azərbaycanda çox demokratik seçki keçirilir, Avropadan da heç fərqi yoxdur. Avropa Parlamentinin prezidenti və vitse-prezidenti korrupsiya ilə xərçəng xəstəliyinə tutulub. Hansını qurdalayırsan çox dərinə getmiş korrupsiya faktlarını görürsünüz.

Erkin Qədirlinin bu fikirlərini etirazımı bildirirəm. Bu, onun öz seçicilərinə hörmətsizliyidir. Əgər özünün demokratik yolla seçiminə şübhə edirsə, o zaman parlamentdən istefa versin".

Nəzrin Demokrat.az

D
demokrat.az