Dünən axşam Ukraynanın Xerson limanında Türkiyə bayrağı altında üzən “Tuzla” gəmisi vurulub. Demokrat.az TGRT Haber-ə istinadən xəbər verir ki, hücumdan sonra kapitanın otağında yanğın baş verib və gəmidə kimsənin olmaması fəlakətin qarşısını alıb.
Körpünün üzərindən vurulduğu aşkarlanan quru yük gəmisinin türk kapitanın hücumundan sonra şoka düşdüyü, şahidlərin isə şiddətli partlayışın baş verdiyini söylədikləri bildirilib.
Digər tərəfdən, "Tuzla" gəmisinin də müharibə səbəbilə Ukrayna limanlarında qapalı qalan gəmilərdən biri olduğu öyrənilib.
Jalə Demokrat.az


