Hadisə

Zaqatalada avtomobil piyadanı vuraraq öldürdü

Zaqatalada avtomobil piyadanı vuraraq öldürdü

Zaqatalada piyadanın ölümü ilə nəticələnən yol qəzası olub.

Demokrat.az bildirib ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, bu gün saat 19 radələrində Zaqatala şəhəri ərazisində Fərid Səmədov idarə etdiyi "VAZ-21015" markalı avtomobillə yolu keçən piyada, 1968-ci il təvəllüdlü rayon sakini Güləsər Əliyevanı vurub.

Nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.//report

D
demokrat.az