ABŞ prezidenti Co Baydenin Delaver ştatının Vilminqton şəhərindəki evində axtarışlar zamanı yeni məxfi sənədlər tapılıb.
Bubarədə jurnalistlərə Baydenin vəkili Bob Bauer məlumat verib.
Axtarışı yanvarın 20-də ABŞ Ədliyyə Nazirliyinin əməkdaşları aparıblar.
Onlar Co Baydenin ABŞ-ın senatoru və vitse-prezidenti olduğu dövrə aid altı məxfi sənəd tapıblar.


