Ekspertlər son illər Xəzərdə Aral dənizinin qurumasına bənzər yeni ekoloji fəlakətin baş verə biləcəyi barədə xəbərdarlıq ediblər.
Demokrat.az "Önce Vatan"-a istinadən xəbər verir ki, bunun əsas səbəblərindən biri də Ural çayının suyunun ildən-ilə azalmasıdır.
Qeyd edək ki, okean və dənizlərlə əlaqəsi olmayan Xəzər dənizinin səviyyəsi ildə 7 sm aşağı enir, dayaz şimal hissəsi isə hazırda cəmi 4-6 metr dərinlikdədir.
Şimali Xəzərin suyunun dayazlaşması artıq nəsli kəsilməkdə olan Xəzər suitilərinin daxil olduğu bu unikal ekosistemin yox olmaq təhlükəsi yaradır.
Neft hasilatı və çirkab sularının axıdılması nəticəsində yaranan çirklənmə, yerli əhalinin həddən artıq istismarı və dolanışığını təmin etməyə çalışan brakonyerlik səbəbindən risk artıq yüksək səviyyəyə çatıb.
Hollandiyanın Leiden şəhərindəki "Naturalis" Təbiət Muzeyi və Araşdırma Mərkəzində dəniz biomüxtəlifliyi ilə bağlı araşdırma aparıb.

Frank Vesselinq “Şimali Xəzər ətrafında mühüm balıqçılıq sahələrinin çoxu yox ola bilər” deyib.
O qeyd edib ki, tədbirlər görülməsə, mənfi nəticələrin xüsusilə regionda yaşayan insanlar üçün çox böyük olacağını vurğulayıb.
Araşdırmalar da onu göstərir ki, lazımi tədqiqatlar aparılmasa, Xəzər dənizi XXI əsrin sonuna kimi 9-18 metr aşağı düşərək səthinin 25-30 faizini itirə bilər.
Professor Abdulvahap Kara Demokrat.az


